EN

Basketbol Liqası: “Sabah” “Neftçi”ni ikinci oyunda da məğlub etdi

BAKI, 4 may. TELEQRAF

Azərbaycan Basketbol Liqasının final seriyasında “Neftçi” və “Sabah” komandaları arasında ikinci oyun keçirilib.

Teleqraf xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan görüş “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb - 86:77.

İlk matçda "Sabah" "Neftçi"ni 94:89 hesabı ilə məğlub edib.

Qeyd edək ki, həlledici seriyada 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki görüş 6 və 8 mayda baş tutacaq.

Chosen
0
1
teleqraf.com

10Sources