EN

Amerikalı üzgüçü bir gündə iki dəfə dünya rekordu müəyyənləşdirdi

Amerikalı üzgüçü Qretçen Uolş bir gündə iki dəfə 100 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.
 
Moderator.az-ın məlumatına görə idmançı bunu Fort Lauderdeyldə (ABŞ, Florida) keçirilən turnirdə reallaşdırıb.
 
İdmançı ilkin mərhələdə 55,09 saniyə, finalda isə 54,60 nəticə göstərib. Bundan əvvəlki dünya rekordu da məhz Uolşa məxsus idi - 55,18 saniyə.
 
Qeyd edək ki, 22 yaşlı üzgüçü 2024-cü ildə Parisdə keçirilən yay Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə təşkil olunan dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazanıb. 2024-cü ildə amerikalı qısa kurs üzrə dünya çempionatında 7 qızıl medal qazanıb, həmçinin 9 dünya rekordu müəyyənləşdirib.
 
Chosen
0
6
moderator.az

10Sources