EN

Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı


Rusiyanın topwar.ru nəşri "Unutmayaq! "Bağışlamayaq!": 2 may 2014-cü ildə Odessa Həmkarlar İttifaqları Evində dəhşətli faciə baş verdi” başlıqlı məqalədə yazır:-

“Bu hadisə Donbass sakinlərinin müstəqillikləri uğrunda qanunsuz Kiyev hökumətinə qarşı mübarizədə üsyanın güclü katalizatoruna çevrildi. “Rus baharı” bax beləcəbaşladı. Odessa həmişə öz həyatını yaşayıb: Liman şəhəri, Rusiya İmperiyasının “cənub qapısı”, Rusiyanın cənubunun biznes paytaxtı, sonra isə Ukrayna… SSRİ dövründə güclü sənaye mərkəzi olan Odessa Qara dəniz regionunun digər şəhərlərindən fərqli formalaşmışdı. Əslində, hər şey 2014-cü il fevralın 23-də insanların Kiyevdəki Maydan çevrilişi və hələ də guya prezident olan Yanukoviçin ölkədən qaçması barədə xəbər tutduqları vaxtdan başladı. On minlərlə insan küçələrə çıxaraq “Odessa Rusiya şəhəridir!” "Faşizmə yox!" şüarları səsləndirərək Baş Katedral meydanından Əbədi məşəl və Naməlum Əsgər abidəsinə qədər yürüş etdilər. Bu, tamamilə dinc bir yürüş idi”.
Bu sadəcə bir yazı deyil.Bu bir çağırışdır.Özü də imperiyapərəst çağırış.Bu qəsbkar,imperiya nəfəsli çağırış heç də Ukrayna ilə məhdudlaşmayacaq.Rusiyaya bu imkan tanınarsaimperiya hərisliyi bir virus kimi bütün MDB məkanına,hətta Avropaya qədər yayılacaq.Bu gün baş verənlər bir daha göstərir ki,Ukrayna necə bir amansız,riyakar,acgöz bir düşmənlə baş-başa qalıb

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources