"NATO əsgərlərinin Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb ola bilər".
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar məlumat verib.
“Mən NATO əsgərlərini Ukraynaya göndərmək niyyətini yeni dünya müharibəsinə gətirib çıxara biləcək səbəb hesab edirəm”, o vurğulayıb.
Mayın 3-də Ukrayna lideri Volodimir Zelenski bildirib ki, xarici kontingent Ukraynaya yalnız münaqişə bitdikdən sonra gələ bilər.
Aprelin 11-də Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Qərb Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək üçün sülhməramlı missiya adı altında Ukraynaya təxminən 100 min nəfərlik kontingent yeritməyi planlaşdırır.