EN

Azərbaycan və Qvatemala iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qvatemalanın XİN rəhbəri ilə görüşüb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Karlos Ramiro Martinez və Qvatemala Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sezar Roberto Davila ilə görüşləri keçirilib.

Operativ Media xəbər verir ki, görüşlər çərçivəsində Azərbaycan və Qvatemala arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Qvatemala tərəfi xüsusi olaraq kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
 

Görüşlərdə həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, ikitərəfli və Qoşulmama Hərəkatı və Beynəlxalq Parlamentlərarası İttifaqı kimi çoxtərəfli platformalardan istifadə imkanları nəzərdən keçirilib.

Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə sazişin imzalanması prosesinə mane olan məlum amillər (Ermənistan konstitusiyasına lazımı dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması) qarşı tərəfin diqqətinə çatdırılıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Qvatemalanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımları atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub.

Chosen
0
1
operativmedia.az

10Sources