EN

“Mançester Siti” dən sonra fasilə verəcəyəm” – Qvardiola


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubla müqaviləsi başa çatdıqdan sonra karyerasına fasilə verəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalına məlumat yayıb.
“İnsanların məni görmək istədikləri kimi xatırlamasını istəyirəm. “Siti” ilə müqaviləmdən sonra fasilə verəcəyəm. Buna əminəm. Təqaüdə çıxıb-çıxmayacağımı bilmirəm, amma fasilə verəcəyəm. İnsanlar tərəfindən necə xatırlanmaq istədiyimi bilmirəm. Bütün məşqçilər qalib gəlmək və nəzərə çarpan bir şeyi geridə qoymaq istəyirlər. Düşünürəm ki, “Barselona”, “Bavariya” və “Siti” azarkeşləri komandalarımın oyununu izləməkdən həzz aldılar”, - təcrübəli məşqçi qeyd edib.
Chosen
0
yeniavaz.com

1Sources