EN

Azərbaycan millisinin üzvü oynadı, komandası liderliyini möhkəmlətdi

Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Anyanq”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Start "11-lik"də yer alan Krivotsyuk sonadək mübarizə aparıb.

11 tura 26 xal toplayan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Chosen
0
fanat.az

1Sources