Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda yerləşən beş mərtəbəli tekstil fabrikində yanğın başlayıb.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, qısa müddət ərzində alov binanın yuxarı mərtəbələrinə yayılıb.
Hadisə ilə bağlı hələlik insan tələfatı və ya xəsarət alanların olub-olmadığı barədə rəsmi açıqlama verilməyib.