EN

Helikopter yerə çırpıldı: 1 ölü, 4 yaralı

Çinin Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzaya uğrayıb.

Olaylar.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, "Robinson R44 II" helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.

Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
4
olaylar.az

10Sources