EN

Səudiyyə Ərəbistanı klubu portuqaliyalı baş məşqçi ilə yollarını ayırıb

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" portuqaliyalı baş məşqçisi Jorji Jezuşla müqaviləni pozub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

70 yaşlı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.

Komandaya müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub rəhbərlik edəcək.

Qeyd edək ki,  Səudiyyə Ərəbistanı çempionatında "Əl-Hilal" 62 xalla lider "Əl-İttihad"dan 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Chosen
0
3
report.az

4Sources