Ajans.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif xəsarətlər alıb. Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.