Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
QOL.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.
Vüsal Qələndərzadə (73 kq) 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Süleyman Şükürov (81 kq) isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün cüdoçumuz Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.