EN

Avstraliyada parlament seçkiləri keçirilir

BAKI. 3 may. TELEQRAF

Avstraliyada keçirilən parlament seçkilərində səsverməyə start verilib.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, rəy sorğularına əsasən seçicilər mühafizəkar Piter Dattonla müqayisədə Leyboristlər Partiyasından olan Baş nazir Entoni Albanezini daha çox dəstəkləyirlər.

Səsvermə məntəqələri yerli vaxtla saat 8-də açılıb, halbuki səsvermə hüququna malik 18 milyon seçicidən 8 milyonu artıq bu gününə qədər səs verib.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən 76 senatordan 40-ı, Nümayəndələr Palatasının isə 150 deputatı seçiləcək.

Senat üzvləri altı il müddətinə, parlamentin aşağı palatasının deputatları isə üç il müddətinə seçilirlər. Avstraliya seçki komissiyasının məlumatına görə, hazırkı seçkilərdə qanunverici orqanın hər iki palatasında yerlər uğrunda 1456 namizəd mübarizə aparır. Onlardan 330-u Senatda, 1126-sı isə Nümayəndələr Palatasında təmsil olunmaq niyyətindədir.

Chosen
0
teleqraf.com

1Sources