EN

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Oğuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxması nəticəsində avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzada ölən və xəsarət alan şəxslər Oğuz rayon sakinləridir. Hazırda onların kimlikləri dəqiqləşdirilir.

Hadisə yerində polis əməkdaşları cəlb olunub.

Chosen
0
3
report.az

5Sources