EN

Bundesliqa: “Haydenhaym”la “Boxum”dan qolsuz “sülh”

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Haydenhaym” doğma meydanda “Boxum”la üz-üzə gəlib. Tərəflər bu oyunda qol vurmadan hərəyə 1 xal qazanıblar.

32-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
32-ci tur

2 may

Haydenhaym – Boxum 0:0

3 may

17:30. Borussiya (Mönhenqladbax) – Hoffenhaym
17:30. Leypsiq – Bayern
17:30. Sankt Pauli – Ştutqart
17:30. Union Berlin – Verder
20:30. Borussiya (Dortmund) – Volfsburq

4 may

17:30. Auqsburq – Holştayn
19:30. Frayburq – Bayer
21:30. Maynts – Ayntraxt

Chosen
0
arena.az

1Sources