İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə bu gün DİN-in İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru cənab Həzi Aslanov, rəis müavini polis polkovniki Samir Zeynalov və QHT-lə iş üzrə şöbənin rəhbəri Araz Babayevlə Koalisiyanın idarə heyəti, NTK üzvlərinin görüşü olub.
Görüşdə 20 il ərzində görülümüş işlər, QHT-lərlə dayanıqlı əməkdaşlıq, mövcud problemlərlə bağlı mübarizidə istiqamətlər, yeni strategiyalarla bağlı səmimi mühitdə müzakirələr aparılıb.
Görüşün keçirilməsinə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, Azərbayсan Respublikası daxili işlər nazirinin birinci müavini polis general-leytenantı cənab Seyfulla Əzimov tərəfindən dəstək göstərilib.