EN

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, Simavda saat 16:51-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb. 

News24.az xəbər verir ki, 12,55 km dərinlikdə baş verən zəlzələ ətraf əyalətlərdə də panika yaradıb.

Bu gün meydana gələn 4,2 bal gücündə zəlzələdən sonra Prof. Dr. Naci Görür yeni bir şərh verib. Görür, "Yemişli-Simavda 4 bal gücündə daha bir zəlzələ oldu. Bu günlərdə burada zəlzələlər çoxalıb. Bu, zəlzələ fırtınasına bənzəmir. İdarəçilər daha diqqətli olmalıdır. Həll yolu zəlzələyə davamlı Simav olmalıdır. Bu mümkündür" deyib.

Günel Məlikzadə


Chosen
0
news24.az

1Sources