EN

"İnter"in müdafiəçisi Çempionlar Liqasında həftənin oyunçusu seçilib

"İnter"in müdafiəçisi Denzel Dumfries ilk yarımfinal oyunlarından sonra Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, UEFA-nın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu yarımfinalda “Barselona” ilə ilk matçda iki qol vurub.

Görüş 3:3 hesabı ilə heç-heçə başa çatıb. Həftənin oyunçusu mükafatına ikinci namizəd PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya olub, o, komandasına səfərdə “Arsenal”a 1:0 hesabı ilə qalib gəldiyi matçda məhsuldar ötürmə verib.

Chosen
0
90deqiqe.az

1Sources