Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Ağayev qızıl mükafata sahib çıxıb.
Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.
Qeyd edək ki, "Böyük Dəbilqə" mayın 4-də başa çatacaq.