EN

Baş Prokurorluğun rəsmisi: “Bu cür məlumatların yayılması qanun pozuntusudur”

"Kiber cinayətlərlə rəqəmsal məkanda baş verən cinayətləri fərqləndirməliyik. İnsanın bilmədiyi, məlumatsız olduğu hər bir hal onun üçün təhlükə yaradır".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev "Təhlükəsizlik rəqəmsal media mühiti:məlumatlı istifadəçilər" mövzusunda keçirilən panel sessiyasında çıxışı zamanı deyib.

S.Hacıyev qeyd edib ki, medianın ictimai rəyi formalaşdırmaq imkanı var. 
 

"Bəzən rəqəmsal mediada manipulyasiyalar olur. Belə hallar olduqda informasiya dəqiqləşdirmədən tirajlanmamalıdır. Bəzən hər hansı bir məktəblinin intiharı ilə bağlı məlumat yayılır.


Həmin ərazidə olan bələdiyyə nümayəndəsi, müəllim, onu tanıyan şəxs mediaya onun şəxsi bilgiləri barədə açıqlama verir. Bu, birmənalı olaraq qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Qanunvericilikdə bu qadağan edilir".

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
0
1
bizim.media

2Sources