"Roma"nın müdafiəçisi Evan N'Dika yay transfer pəncərəsində komandasını dəyişə bilər.
90deqiqe.Az-ın "The Mirror"a istinadən verdiyi xəbərə görə, afrikalı futbolçu ilə iki top klub maraqlıdır. Söhbət Fransanın PSJ və "Arsenal"dan gedir. Sözügedən klublar atıq 25 yaşlı futbolçunun agenti ilə danışıqlara da başlayıb.
N'Dika bu mövsüm 47 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Müdafiəçinin paytaxt klubu ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatır. Futbolçunun potensial transfer qiyməti 30-40 milyon avro qiymətləndirilir.