EN

"Araz-Naxçıvan" "Sabah"la oyuna bir itki ilə çıxacaq

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində "Sabah"la qarşılaşacaq.

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 3-də “Sabah”la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Operativ Media xəbər verir ki, “qırmızı-ağlar” bu gün oyunöncəsi son məşqini keçirib. Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək və stadiona giriş biletsiz olacaq.

Chosen
0
2
operativmedia.az

4Sources