Hazırda ölkə üzrə 27 min taksi buraxılış kartı alıb.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentlitinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
O deyib ki, ötən il bu rəqəm 67 minə bərabər idi.