Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxıb.
60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Acıtı Dombuu (IJF) ilə qarşılaşıb. Təmsilçimiz ipponla qalib gələrək 1/4 finala yüksəlib. O, burada Anvarjon İbrohimovla mübarizə aparacaq.
66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşıb. Qalib gələn Nəcəfov adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.
Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar
Riçard Trautman: "Los-Anceles-2028 bizim uzunmüddətli hədəfimizdir"
Olimpiya çempionumuz finalda məğlub oldu
Olimpiya çempionumuz yarımfinalda
Hidayət Heydərov Avropanın ən yaxşısı seçildi