EN

Devid Bekhem 50-ni aşırdı...

Bu gün, mayın 2-də “Mançester Yunayted”, “Real” və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin doğum günüdür.

Publika.az xəbər verir ki, futbol dünyasının stil ikonu 50 yaşını qeyd edir.

Bekhem karyerası ərzində “Mançester Yunayted”, “Preston”, “Real”, “Los Anceles Qalaksi”, “Milan” və PSJ-də çıxış edib. O, Çempionlar Liqasının qalibi (1999), altıqat Premyer Liqa çempionu, iki dəfə İngiltərə Kubokunun qalibi, İspaniya çempionu, ikiqat MLS çempionu və Fransa çempionudur. Devid Britaniya İmperiyasının ordeninə layiq görülüb. Hazırda isə MLS-in ən populyar klubu olan "İnter Mayami"nin ortaq sahibidir.

Bekhem "Spice Girls" qrupunun müğənnisi Viktoriya Bekhemlə evlidir. Cütlüyün üç oğlu - Bruklin Cozef, Romeo Ceyms, Kruz Devid və Harper Seven adlı bir qızı var.

Chosen
0
publika.az

1Sources