EN

Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan mütərəqqi sənəddir - İcraçı direktor

Bakı. Trend:

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühümhadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər ƏliyevinAzərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərisırasındadır. Konstitusiya müstəqil dövlət quruculuğu prosesinitənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətinsiyasi, sosial, mədəni, iqtisadi müstəvilərdə köklüdəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyintəkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqisənəddir.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoruƏhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimaiproseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılışmərasimində çıxışı zamanı deyib.

O bildirib ki, otuz il bundan öncə ümumxalq səsverməsi ilə qəbuledilmiş Əsas Qanunumuz istər dövlətçiliyimizin möhkəmləndirilməsi,istərsə də onun gələcək dayanıqlı inkişafı baxımından çox mühümhadisə kimi dəyərləndirilir.

“Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış UluÖndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhdidlərindən xilasedərək hüquqi, demokratik dövlət quruculuğu prosesində mühümnailiyyətlərə imza atmışdır. Onun ciddi səyləri və rəhbərliyi iləərsəyə gəlmiş Konstitusiyamız Azərbaycan dövlətinin bütünuğurlarının, tarixi zəfərlərinin hüquqi bünövrəsi qismində çıxışedir.

44 günlük Vətən müharibəsində “Dəmir Yumruq” ətrafında sıxbirləşmiş xalqımızın tarixi qələbəsi və 2023-cü il sentyabrın19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsindəölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş,Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradanqaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.

Xalqımız hər il sentyabr ayının 20-sini böyük iftixar və şərəfhissi ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimiqeyd edir”, - deyə Ə.İsmayılov qeyd edib.

Chosen
0
3
az.trend.az

1Sources