Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq arenada növbəti uğura imza atıb. Universitet 2025-ci ildə ilk dəfə olaraq dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan QS Stars qiymətləndirməsində iştirak edib və ümumi nəticə üzrə ən yüksək göstərici olan 5 ulduzu qazanmağa nail olub.
Bu barədə AzEdu.az-a AzMİU-dan məlumat verilib.
QS Stars- beynəlxalq ali təhsil müəssisələrinin müxtəlif sahələr üzrə fəaliyyətini qiymətləndirən və 9 əsas meyar üzrə ulduzlarla dəyərləndirən bir sistemdir. Hər bir meyar üzrə maksimal nəticə 5 ulduzla ifadə olunur. AzMİU bu qiymətləndirmədə yüksək nəticə göstərərək, bir sıra sahələrdə 5 ulduzla təltif olunub. AzMİU-nun QS Stars reytinqində əldə etdiyi nəticələr aşağıdakı kimidir:
• Teaching (Tədris): 5 ulduz;
• Facilities (Şərait və imkanlar): 5 ulduz;
• Employability (Məzunların məşğulluğu): 5 ulduz;
• Good Governance (Səmərəli idarəetmə): 5 ulduz;
• Social Impact (Sosial təsir): 5 ulduz;
• Global Engagement (Qlobal fəaliyyət): 4 ulduz;
• Academic Development (Akademik inkişaf): 3 ulduz;
• Arts (İncəsənət): 3 ulduz;
• Diversity, Equity and Inclusion (Müxtəliflik, bərabərlik və inklüzivlik): 5
ulduz.
Bu nəticə AzMİU-nun tədris keyfiyyəti, kampus imkanları, məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, idarəetmə mexanizmləri və beynəlxalq əməkdaşlıqlar sahəsində göstərdiyi yüksək səviyyəli fəaliyyətinin bariz göstəricisidir.