İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.
"Report" "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.
Paytaxt klubu ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Budyo-Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb.
"Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avropa Liqası) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib.