Dünən Han Duk Su istefa vermək niyyətində olduğunu açıqlayıb.
Mayın 2-dək prezident səlahiyyətlərini icra edən Koreya Respublikasının keçmiş baş naziri Han Duk Su iyunun 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb .
“Mən hər şeyi edəcəyəm ki, qarşıdan gələn prezident seçkilərində xalq məni seçsin"- deyə keçmiş baş nazir bildirib.
Han Duk Su seçki kampaniyası zamanı konstitusiya islahatları və Amerika tarifləri ilə bağlı bir neçə vəd verib. Keçmiş baş nazir bildirib ki, konstitusiya islahatları aparmaq üçün ona üç il vaxt lazım olacaq, bundan sonra istefaya getməyə hazır olacaq. Hazırda prezidentlik müddəti 5 ildir.