ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Fransa xarici işlər naziri Jan-Noel Barro ilə görüş keçirib.Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusun yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, görüşdə Ukraynadakı müharibə, Qəzza zolağındakı vəziyyət və İranla bağlı məsələlər müzakirə olunub.