EN

Sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qəza Van-Bitlis avtomobil yolunda qeydə alınıb. "Mercedes" markalı sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər xəsarət alıb.

Əraziyə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb edilib. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkənlər təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
0
1
avtosfer.az

2Sources