EN

Argentinada güclü zəlzələ oldu

Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.


News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təqribən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.


Zəlzələnin ocağı 131 kilometr dərinlikdə olub.

Chosen
0
10
news365.az

10Sources