Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Avtosfer.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Abacus Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 20 min manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 49 min manat ödənilib.