Futzal üzrə Azərbaycan Yüksək Liqasının XVI turunda "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire" klubunu məğlub edib.
Publika.az xəbər verir ki, görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi" İK - "Şuşa" matçı birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib. Turun son matçında U-19 "Yasamal Baku"nu 7:4 hesabı ilə məğlub edib.