Futzal üzrə yüksək liqanın 16-cı turunda "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire" klubunu məğlub edib.
"Football-plus.az" xəbər verir ki, görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi" İK - "Şuşa" matçı birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib. Turun son matçında U-19 "Yasamal Baku"nu 7:4 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu oyunlardan sonra "Araz-Naxçıvan" xallarının sayını 40-a yüksəltməklə lider mövqeyini bir qədər də möhkəmləndirib. "Neftçi" 37 xalla ikinci pillədə qərarlaşıb. Yüksək-liqada ilk "3-lüy"ü 35 xalla "Baku Fire" qapayır. "Şuşa" (18 xal) dördüncü, U-19 (12 xal) beşinci sıradadı. Xalı olmayan "Yasamal Baku" isə sonuncu - altıncı yerdədi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta