EN

İranda zəlzələdə xəsarət alanların sayı 29-a çatdı - yenilənib

İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 29-a çatıb.
 
Bu barədə İran KİV-ləri məlumat yayıb.
 
"Zəlzələ maddi zərərə səbəb olmasa da, nəticədə 29 nəfər xəsarət alıb", - məlumatda bildirilir.
 
Qeyd olunur ki, zərərçəkənlərin hamısı zəlzələdən sonra yaranan təşviş zamanı xilas olmağa çalışarkən xəsarət alıblar.
Chosen
0
2
moderator.az

4Sources