EN

Prezidentin yüksək vəzifə verdiyi İlham Mirzəliyev KİMDİR?

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İlham Mirzəliyev “Azəristiliktəchizat”a sədr təyin edilib.

İ.Mirzəliyevin dosyesini təqdim edir:

Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub.

İqtisadçı-mühəndisdir.

1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini

2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin  “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini

2005-ci ildən “Azəristiliktəchizat” ASC-nin sədr müavini

Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

 

İqtisad üzrə fəlsəfə doktorudur.

 

Ailəlidir, 2 övladı var.

Chosen
0
20
tribunainfo.az

10Sources