AZ

Yeni sədr İlham Mirzəliyev KİMDİR?

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə İlham Mirzəliyev sədr təyin edilib.

Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olub.

NOCOMMENT.az baku.ws-ə istinadən xəbər verir ki, ixtisasca iqtisadçı-mühəndis olan İlham Ata oğlu Mirzəliyev iqtisad üzrə fəlsəfə doktorudur. O, uzun illər istilik təsərrüfatı sahəsində idarəçilik təcrübəsi ilə seçilən peşəkar kadrlardan biridir.

Əmək fəaliyyətinə 1982-ci ildə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində başlayan İlham Mirzəliyev burada iqtisadçı-mühəndis, planlaşdırma və əmək üzrə böyük iqtisadçı, eləcə də direktor müavini vəzifələrində çalışıb.

2000–2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, daha sonra isə Bakı şəhər İstilik idarəsində rəis müavini olub.

2005-ci ildən etibarən “Azəristiliktəchizat” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Mirzəliyev, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ASC sədrinin vəzifələrini müvəqqəti icra etməyə başlayıb.

2025-ci ildə isə İlham Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.

O, 2015-ci il 9 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

İlham Mirzəliyev ailəlidir, iki övladı var.

Seçilən
0
19
nocomment.az

10Mənbələr