EN

“Konkret insanlar ölkədə mənfi gözləntilərin formalaşdırılmasına çalışırlar” - İrakli Kobaxidze

Yazını böyüt
Yazını kiçilt

“Bir zamanlar siyasi rəqiblərimiz Gürcüstanda iqtisadi böhranı əvvəlcədən proqnozlaşdırırdılar və ölkənin iqtisadi tənəzzülə doğru getməsi ilə bağlı cəmiyyət arasında mənfi təsəvvür yaratmağa çalışırdılar”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

“Onların nümayəndələrindən birinin şərhini yada salmaq istəyirəm: yanvarın 17-də deyirdi ki, üç aya dollarla münasibətdə məzənnə 3,1 civarında olacaq. Üç ay, bir az da çox vaxt keçib və larinin məzənnəsi 2,75 civarındadır. İqtisadiyyatın 2 faizlik azalması konkret sabiq siyasətçi və indi isə ekspert olan şəxs tərəfindən proqnozlaşdırılmışdı. Artıq deyildiyi kimi, birinci rübdə 9,3 faiz iqtisadi artım var, inflyasiya 6 faiz və çox. Proqnoz belə idi. Vergi gəlirləri üzrə planın yerinə yetirilməyəcəyindən söhbət gedirdi və gördüyünüz kimi, bu plan birinci rübdə 120 milyon lari ilə artıq icra olunub”, - Kobaxidze qeyd edib.

Bununla yanaşı, o bildirib ki, çox təəssüf ki, konkret insanlar ölkədə mənfi gözləntilərin formalaşdırılmasına, nihilizm səpməyə tam şüurlu şəkildə çalışırlar.

“Bunun konkret siyasi səbəbləri var. Bu, konkret insanların, bizim siyasi rəqiblərimizin yerinə yetirdiyi sifarişdir. Xoşbəxtlikdən, onların nə proqnozları özünü doğruldur, nə də planları həyata keçirilir. Belə insanların deyil, cəmiyyətimizin gözləntilərini doğrultmaq üçün biz hər şeyi edəcəyik. Cəmiyyətimizin maraqlarına uyğundur ki, iqtisadiyyat mümkün qədər sürətlə inkişaf etsin, əlavə yeni iş yerləri yaradılsın, işçilərin əməkhaqqı artsın, yüksək səviyyədə fiskal konsolidasiya təmin olunsun. İqtisadi artımda tərəqqinin davam etməsi üçün bütün bu istiqamətlər üzrə səylərimizi əsirgəməyəcəyik”, - İrakli Kobaxidze bildirib.

Chosen
0
hafta.az

1Sources