EN

“Rusiya Ukraynaya qalib gəlməyəcək” - Trampın xüsusi nümayəndəsi

“Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

"Rusiya bu müharibədə qalib gəlməyəcək. Onlar son il yarımda heç bir ciddi irəliləyiş əldə etməyib. Bundan əlavə Rusiya Kiyev şəhərini və Odessanı tutmayıblar. Onlar Dneprdən qərbə doğru irəliləməyiblər, bu da ciddi maneədir. Nəticədə Rusiya yüz minlərlə əsgər itirib. Və onlar həqiqətən də heç bir addım atmayıblar”, - deyə siyasətçi vurğulayıb.

Kelloq qeyd edib ki, bu gün ukraynalılar öz ərazilərində düşmənə qarşı şiddətlə vuruşurlar və əgər Rusiya həqiqətən də qalib gəlsəydi, müharibə artıq bitəcəkdi.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
missiya.az

1Sources