EN

Macarıstan Avropa İttifaqını "Şaquli dəhlizi"ə dəstək olmağa çağırıb

Bakı. Trend:

CESEC (Mərkəzi və Cənub-Şərqi Avropa Enerji Birliyi)çərçivəsində 2016-cı ilin sentyabr ayında Budapeştdə keçirilmişyüksək səviyyəli görüşdə Yunanıstan, Bolqarıstan, Rumıniya vəMacarıstanın nazirləri “Şaquli dəhliz” layihəsinin həyatakeçirilməsi ilə bağlı Anlaşma Memorandumu (MoU) imzalayıblar. Ovaxtdan etibarən maraqlı təşkilatlar bu layihəyə sadiqliyinidəfələrlə təsdiqləyiblər.

Trend xəbər verirki, bu barədə Macarıstanın Enerji və Kommunal Xidmətlər üzrəTənzimləmə Qurumundan “CE Report”a verilən özəl müsahibədəbildirilir.

“Onlar, həmçinin, CESEC-in yüksək səviyyəli görüşlərindədəhlizin istismarını davam etdirməyə hazır olduqlarını ifadəediblər; bu görüşlərin sonuncusu 2024-cü ilin oktyabrındaBudapeştdə keçirilib. Keçmişdə dəhlizin müxtəlif sahələrindəgüclərin satışına dair keçirilən uğursuz hərraclar göstərdi ki, bulayihələr təkcə treyderlər tərəfindən güclərin rezervasiya olunmasıhesabına maliyyələşdirilə bilməz və dövlət maliyyələşdirilməsinəehtiyac duyulacaq”, - deyə qurumdan bildirilib.

Tənzimləyici qurum qeyd edib ki, qaz ötürücü sistem operatorları(TSO) və Macarıstan hökuməti bu layihə üçün Avropa İttifaqıvəsaitlərinin səfərbər olunmasının vacibliyini hər zamanvurğulayırlar.

“Dəhliz potensial olaraq Mərkəzi və Şərqi Avropa regionu üçünəlavə alternativ qaz mənbələrinə çıxış təmin edə bilər, hər birölkədə şəbəkənin inkişafı isə marşrut üzərindəki mövcuddarboğazları aradan qaldıracaq. Beləliklə, layihəninreallaşdırılması ümumilikdə təchizatın etibarlılıq səviyyəsiniartıra bilər. Macarıstan hissəsi dəhlizin Rumıniya-Macarıstan (IP)birləşmə nöqtəsindən başlayaraq Macarıstan-Slovakiya IPnöqtəsinədək uzanır”.

Dəhlizin bu hissəsində baş vermiş son dəyişikliklərə dairqurumdan bildirilib:

“2024-cü il fevralın 1-dən etibarən Macarıstan və Slovakiya qazötürücü sistem operatorları (TSO) HU-SK IP birləşmə nöqtəsindəötürmə gücünü 50% artıraraq, illik 2,6 milyard kubmetrəçatdırıblar. Aprelin 1-dən etibarən interkonnektorun ötürmə gücüillik 3,5 milyard kubmetr olacaq. Rumıniya-Macarıstan ikitərəfliqaz interkonnektorunun ötürmə gücü 2023-cü ilin oktyabrın 1-dənartırılıb və hazırda hər iki istiqamətdə illik 2,6 milyard kubmetrtəşkil edir”.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources