EN

Əmlak sənədi düzəltmək vədi ilə dələduzluq edən saxlanılıb

Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb. Belə ki, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manat ələ keçirən 65 yaşlı Ə.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN Mətbuat Xidməti yayıb.  

Nərimanov rayonunda da bir nəfərə dələduzluq yolu ilə 1065 manat maddi zərər vurmuş 27 yaşlı E.Bəşirov saxlanılıb.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV

XQ

Chosen
0
14
xalqqazeti.az

10Sources