EN

“Bayer” 19 yaşlı hücumu transfer etdi

Almaniyanın “Bayer” klubu “Herta”dan 19 yaşlı hücumçu İbrahim Mazanı transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Maza 2024-cü ildə Almaniya U-20 millisindən imtina edərək Əlcəzair yığmasını seçib və bu ilin oktyabrında ilk dəfə əsas yığmada debüt edib. O, bu mövsüm 2-ci Bundesliqada 30 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniya mətbuatının məlumatına görə, “Bayer” bu transfer üçün “Herta”ya təxminən 12 milyon avro ödəyib.

 

Chosen
0
idmanxeber.az

1Sources