EN

Keniyada deputat güllələnib

Keniyada

Keniyalı deputat Çarlz Onqondo Vere Nayrobidə güllələnib. Bu barədə “Citizen” telekanalı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, yayım korporasiyasının məlumatına görə, insident Keniya paytaxtının yolayrıclarından birində qeydə alınıb.

Şahidlər iki hücumçunun motosikletdə olduğunu iddia edir. Onlardan biri avtomobildə olan deputata yaxın məsafədən atəş açıb, sonra hər iki hücumçu hadisə yerindən qaçıb.

Telekanal bildirir ki, deputatın sürücüsü xəsarət almayıb və hücum edənlər qanunvericini hədəfə alıblar.

Atışmanı yaxınlıqda olan yol polisi əməkdaşları görsələr də, hücum edənlərin qarşısını ala bilməyiblər. Çarlz Onqondo Nayrobi Xəstəxanasına aparılsa da, öldüyü məlum olub.

Cinayətin motivləri naməlum olaraq qalır. Məlumata görə, Kasipul seçki dairəsini təmsil edən deputat təxminən iki ay əvvəl həyatının təhlükədə olduğunu bildirib.

V. QULİYEV
Chosen
0
2
reyting.az

4Sources