AZ

Keniyada deputatı öldürdülər

Keniyalı deputat Çarlz Onqondo Nayrobidə güllələnib.

Yenisabah.az Citizen TV-yə istinadla xəbər verir ki, paytaxtın yolayrıclarından birində baş verib.

Şahidlər 2 hücumçunun motosikletdə olduğunu iddia edir. Onlardan biri avtomobildə olan Veraya yaxın məsafədən atəş açıb, bundan sonra hər iki hücumçu hadisə yerindən qaçıb.

Deputatın sürücüsü sağ və xəsarət almadan qalıb ki, bu da hücum edənlərin qanunvericini hədəfə aldığını göstərir.

Atışmanı yaxınlıqda olan yol polisi əməkdaşları görsələr də, hücum edənlərin qarşısını ala bilməyiblər. Çarlz Onqondo Nayrobi Xəstəxanasına aparılıb və orada öldüyü məlum olub.

Cinayətin motivləri naməlum olaraq qalır.


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

4Mənbələr