EN

Neftin qiyməti 60 dollardan aşağı düşdü

BAKI, 1 may. TELEQRAF

Londonun ICE birjasında 2025-ci ilin iyul ayında çatdırılacaq "Brent" markalı neftin fyuçerslərinin qiyməti aprelin 9-dan ilk dəfə bir barel üçün 60 dollardan aşağı düşüb.

Teleqraf Bakı vaxtı ilə saat 12:52-yə olan birja məlumatlarına istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti 1,82% ucuzlaşaraq 59,93 dollar/barelə bərabər olub.

Bakı vaxtı ilə saat 13:13-də "Brent" markalı neftin fyuçersləri enişini bir qədər ləngitərək 60 dollara (-1,7%), WTI markalı 2025-ci ilin iyun çatdırılması üzrə fyuçersləri isə 1,64% azalaraq bir barel üçün 57,1 dollara enib.

Chosen
0
teleqraf.com

1Sources