EN

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb.


"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə labaratoriyada eyniləşdirmə işləri aparılacaq:

"Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərin 10 nəfərinin meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzrlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb sənədləçdirilir".

Chosen
0
23
report.az

10Sources