EN

Həyatın ölüm halından könüllü sığortasına maraq azalıb - RƏQƏMLƏR

 Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər azalıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə bu növ sığorta üzrə yığımlar 7 milyon 978 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 154 min manat və ya 2% azdır.

2024-cü ilin eyni dövründə bu göstərici 8 milyon 132 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 627 min  manat təşkil edib ki, bu da illik müqayisədə 41 min manat və ya 6% azdır.

Əvvəlki ilin eyni dövründə 668 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə dəyişməyib. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 8% təşkil edib.

Chosen
0
1
fed.az

2Sources