EN

İnzaqi: “Barselona”nı məğlub edə bilərdik”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının yarımfinalında “Barselona”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az məlumat verir ki, “neradzurri” hesabda iki dəfə (2:0, 3:2) irəli çıxdığı oyunda qələbəni əldən verərək, çətin Barselona səfərindən 3:3 hesablı heç-heçə ilə qayıdıb.

Simone İnzaqi matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz fantastik bir oyuna şahidlik etdik, yarımfinalların nə qədər çətin olduğunu isə biz bilirdik. Hətta qələbə də qazana bilərdik. Bu gün bizim əvəzetmələrimizin oyuna nə qədər təsir etdiyi mənə xoş gəldi. Azarkeşlərimiz bu çətin məqamda bizim, güc-qüvvəmizi tamamilə ortaya qoyduğumuzu bilirlər. Biz isə başa düşürük ki, növbəti çərşənbə axşamı bizi final oyunu gözləyir”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “İnter” “Barselona”nı mayın 6-da Milanda “qonaq” edəcək.

Chosen
0
arena.az

1Sources