EN

Tramp administrasiyası Ukraynaya silah satışını bərpa edir

Tramp administrasiyası Konqresə birbaşa kommersiya satışları (DCS) vasitəsilə Ukraynaya 50 milyon dollarlıq müdafiə ixracına icazə vermək niyyəti barədə məlumat verib.

Bu barədə diplomatik dairələrdəki mənbələrə istinadən “Kyiv Post” nəşri məlumat yayıb. Qeyd olunur ki, bu, Trampın 100 gündən çox əvvəl Ağ Evə qayıtmasından sonra ilk dəfə baş verib. İndiyədək ABŞ administrasiyası Ukraynadakı müharibəni hərbi dəstəkdənsə, diplomatik yollarla bitirməyi prioritet hesab edirdi.

“Bütün birbaşa kommersiya satışları (DCS) sakitcə davam edir; onlar xarici hərbi satışlar kimi ictimaiyyətə açıqlanmır. Buradakı xəbər ondan ibarətdir ki, [ABŞ silah satışı] Trampın Ukraynanı tamamilə kəsəcəyinə dair bütün proqnozlara baxmayaraq, davam edir”, – “Toçnıy” tədqiqat qrupunun təhlükəsizlik üzrə analitiki nəşrə bildirib. Hesabatda o da deyilir ki, Ukraynaya 50 milyon dollarlıq silah satışı ABŞ prezidentinə müdafiə malları və xidmətlərinin idxalı və ixracına nəzarət etmək səlahiyyəti verən Silah İxracına Nəzarət Qanununa əsasən Konqresə təqdim edilib. Müvafiq rəsmi bildiriş ABŞ Dövlət Departamentinin Qanunvericilik İşləri Müdirliyindən Konqresə daxil olub.

//Samir Qurbanov, Editor.az

Chosen
0
9
editor.az

10Sources